Nadirdən örnək addım: "İstəmirəm yol qırağında..."

Aparıcı Günel Həsənzadə (Banu) “Gündən-günə verilişində qonaq olarkən müğənni Nadir Qafarzadədən danışıb.

"Sherg.az" xəbər verir ki, o, sənətçi ilə xatirələrindən söz açıb:

"Məsəl var ki, insanı tanımaq üçün birgə yola çıxmalısan. Nadirlə səfərimiz var idi. Gördüm ki, necə gözəl ürəyə malikdir. Yol kənarında kəklik otu və sair satan uşaqlar dururdu. Maşını saxlayıb hamısından kəklik otu aldı. Dedi ki, istəmirəm yol qırağında uşaqlar olsun. Həqiqətən N.Qafarzadəni, Mətanət İsgəndərlini bölgələrdə çox sevirlər. Hara getsəm, deyirlər ki, toy olsa, Nadiri gətirərdin”.