Yeni nəsil çiplər məlumatların ötürülmə sürətini iki dəfə artıracaq


Yeni nəsil “Wi-Fi” çipləri  yaxın illərdə əlçatan olacaq. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, “Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar.

Bu simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək. Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.