Meyxanaçıya pul “atıblar”? - Aydınlıq gətirildi!

Meyxanaçı Aqşin Fateh bir neçə müğənninin onun pulunu mənimsədiyini söyləyib. Söz ustası bu barədə “Onun sirri” proqramında danışıb.
“Sherg.az” xəbər verir ki, o hadisənin təfarrüatlarından söz açıb:
“Bir neçə müğənni yerimə  qiymət qərarlaşdırıblar. Bu xüsusilə də Rusiya toylarında baş verib. Məsələn, mənim prodüserimlə danışır, deyirlər 5000. O da qayıdıb ki, 4500-ə olar? Razılaşmışıq.

Şadlıq üçün zəng edən insanları geri qaytarmıram. Müəyyən güzəştlərlə razılaşıram.  Toyda iştirak ertmişik. Bəzən müğənni gecikib, toy sahibi pulu mənə göndərib.

Mən də köməkçiyə vermişəm, sayıb. Qonorarın danışılandan artıq olduğunu görmüşük.  Söyləmişəm ki, toy sahibinə qaytar. O da deyib ki, axı 5 min danışmışdıq. Mən də durumu anlamışam, pulu cibimə qoymuşam. Müğənni gəlib, köməkçimə deyib ki, artıq 500 pul qalıb, yarı-yarıya bölək.
Köməkçim də geri çevirib.  Demişəm ki, mənimlə üz-üzə  gəlməsin. Qabaqcadan bildirsə, bir söz deməzdim. Halal qazancını harama döndərib”.