Əməkdar artist efirlərdən qonarar istədi

Müğənni Xatirə İslamın verilişlərdən qonorar istəməsinin ardından əməkdar artisti Kübra Əliyeva də belə bir addım atıb. 
"Sherg.az" xəbər verir, o bu barədə "Zaurla Günaydın" proqramında danışıb. Aktrisa verilişə gəlmədən öncə müəyyən bir hazırlıq gördüyünü söyləyib:
"Düzdür yüngül, rahat geyinməyi sevirəm. Lakin 73 yaşım olacaq. Bütün telekanallar dəvət edirlər, getməyəndə inciyirlər. Mən proqrama qatılmazdan əvvəl  saç düzümü etdirməliyəm, makiyaj və sair olmalıdır. O zaman qonorar versinlər. Bir telekanal ödəyir. Bu, da ödəsə yaxşı olar. Biz verilişə gəlib reytinqi qaldırırıq. Üsyan edirəm, niyə qonorar almayaq? Əvvəllər proqramda qonaq olanda pul verilirdi". Aparıcı Zaur Baxşəliyev isə sənətçiyə zarafatla imkanının olmadığını deyib. K.Əliyeva isə onunla razılaşmayıb:
"Bizdə də yoxdur. Sənin cibində olmaya bilər, amma telekanalda var".