Boksçumuz Olimpiadanın 1/4 finalına yüksəldi 

Azərbaycan boksçusu Alfonso Dominqes Olimpiya Oyunlarının 1/4 finalına yüksəlib. 
Oxu.Az xəbər verir ki, A.Dominqes (81 kq) yarışların 1/8 final mərhələsində dünya çempionatının gümüş mükafatçısı Dilshod Ruzmetova 4:1 qalib gəlib. 
Qeyd edək ki, Kuba əsilli boksçu 2019-cu ildə Minskdə II Avropa Oyunlarının qalibi olub.