Dünya əhalisinə dörd milyard dozadan çox koronavirus peyvəndi vurulub

Dünya əhalisinə koronavirusa qarşı vurulan peyvənd sayı dörd milyardı keçib.
Bu barədə “Hürriyet” yazıb.
Ən çox peyvəndin istifadə edildiyi ölkə əvvəlki kimi Çin olub. Çində əhaliyə 1 milyard 600 milyon dozadan çox peyvənd vurulub.
İkinci sırada 450 milyon 710 minlə Hindistan, üçüncü pillədə isə 343 milyon 360 minlə ABŞ qərarlaşıb.