Kəngər. Qıvraq. Ordu günü - Elxan Zal Qaraxanlı yazır 


Ordu günündə şəhid olan qəhrəman Əhməd Mehbalıyevin xatirəsinə


Bəşəriyyət tarixində ordunun nə vaxt yaradıldığını heç kim bilmir. Bu barədə kim nə söyləsə də, bütün deyilənlər mifologiyanın mövzusudur. Bizim bildiyimiz odur ki, nə qədər ki, insan cəmiyyəti var, həmişə ordu da lazım olacaq. Biz türklərdə ordu günüylə bağlı artıq daşlaşmış bir tarix var- bu Çin mənbələrində Hun nu adlandırılan və Mode hakan tərəfindən miladdan öncə 209-cu ildə elan edilən dövlətin qurulma tarixidir. Modenin (biz ona Mete də deyirik) qurduğu dövlət məhz ordu dövlətiydi. Yəni bütün xalq bir orduydu. Ordu termini də elə zamandan qalıb, mərkəzdə xan çadırı- Orda qurulurdu, onun ətrafında isə bütün El. Cəmi millət bir ordu- bax budur türk adlanan bir qövmün mahiyyəti, əgər elə deyilsə demək onlar həqiqi türk deyil...

İndi bu gün mən, Ordu günündə doğulan şair, iyun ayının 26-da, Azərbaycan Respublikasının ordu günündə həmin tarixi xatırlayıram. İnternetdə bir qəhrəman barədə oxuduğum informasiya içimdə bir təlatüm yaratdı – Kəngərlilər nəslindən olan Qıvraqlı tankçı zabit Əhməd Mehbalıyev 1993-cü ildə, iyunun 26-da Ağdamın Qızıl Kəngərli kəndində şəhid olub. Bu informasiya düşnücəmi çox əskilərə apardı, Kanqlıların formalaşdığı zamanlara. O zamanlar, Mete xanın (böyük tarixçı Rəşidəddin onu Oğuz xan kimi təqdim edir) ətrafinda toplaşan tayfalardan biri də Kanqlılar adlanırdı. Bu ad onlara mahir araba ustaları olduqlarına görə verilmişdi və bu araba ustaları həm də mahir döyüşçüydülər. Kanq qədim türkcədə dörd təkərli araba deməkdir. Bu arabalar, uzun əsrlər boyunca hərb tarixinin gedişini dəyişdilər. Müxtəlif türk xaqanlıqlarının tərkibində fəaliyyət göstərən mobil kanq dəstələri, orduların Avrasiyanın nəhayətsiz ərazilərində böyük məsafələri surətli bir atılışla qət etməsində böyük rol oynadılar. Kanq dəstələri o zamanın bir növ motorlaşdırılmış hərbi hissələri idi.

Onlar özlərində müxtəlif türk tayfalarını birləşdirirdir. Hunlar, Göy türklər, Xəzərlər, Səcuqlar, Kayılar, peçeneqlər - türklərin qurduğu saysız-hesabsız dövlətlərin tarixində Kanqlıların adı keçir. Hər tayfa birliyi bu sözü öz ləhcəsinə uyğun adlandırırdı - Kanlı, Kanqlı, Kəngərli, Kangüy, Kanqeres...Müəyyən zamandan sonra Böyük çölün geniş ərazilərinə yayılmış, özündə müxtəlif tayfaları birləşdirən Kanglı dəstələri, fərqlənmək üçün başçıların arabasının çadırına uyğun adlandırılmağa başladı - ağ kanlı, qara kanlı, qızıl kanlı, sarı kanlı və s. Çingiz xanədanı da, xanların çadırının rənginə uyğun olaraq Ağ orda, Mavi orda, Qızıl orda kimi ərazılərə bölünürdü.

Bu gün bütün Avrasiya coğrafiyasında Kanqlıların izlərinə rast gəlmək olar. Çin, Orta Asiya, Qazaxstan, İran, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Bolqarıstan-saymaqla bitməz. Kanglılar bu günkü Qazax millətinin əsasını təşkil edən tayfalardan biridir. Onların geniş məskunlaşdığı ərazilərdən biri də Azərbaycandır. Azərbaycanın demək olar ki, bütün bölgələrində Kanqlıların izlərinə rast gəlirik. Bizdə onları daha çox Kəngərli adlandırırlar. Və mən Kanqlılardan olan Əhməd Mebalıyev haqqında informasiyanı oxuyanda bu tarix düşdü yadıma. Taleyin qəziyyəsinə bax, Kanqlı Əhməd Mehbalıyevin qızıl qanı, ordu günündə Qızıl Kanqlı (Qızıl Kəngərli) torpağını suvardı. Bu gün Azərbaycan xalqının öz Ordu gününü, Elxan Zal sevərlərin mənim doğum günümü rahat qutlaması üçün canını verdi və Tanrıdağa, Ulular uçmağında əbədi mənzilinə yollandı. Bir türk kimi, bir kanqlı kimi, bir qəhrəman kimi. Qəhrəmanlıq isə göydən gəlmir, gendən gəlir, qandan gəlir...

Mən onun doğuldu Qıvraq kəndinə ilk gedişimi xatırlayıram.
Bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun mərkəzi olan Qıvraq o zamanlır İliç rayonunun (indiki Şərur) kənd idi və orada Sovet ordusunun moto-atıcı hərbi hissəsi yerləşirdi. Kiçik qardaşım Rövşən öz əmək fəaliyyətinə həmin hərbi hissənin klub müdiri kimi başlamışdı. Bu klub dəbdəbəsinə görə respublikanın əksər rayonlarındakı mədəniyyət evlərindən heç də geri qalmırdi və hərbi hissənin də, Qıvrağın da, mədəni həyatında önəmli rol oynayırdı. Qıvraq camatı, genlərində Kanqlıların əzəmətini daşıyan bu insanlar hərb işinə qandan bağlı idilər. Kəndin dəliqanlılarının böyük hissəsi orduda çavuş kimi xidmət edirdi. Xidmət etməyənlər də daxilən orduya bağlı idilər. Kanqlıydılar axı. Bütün türk impriyalarının tank qoşunlarının varisləri. Maraqlıdır ki, kanq türkcədə araba, tank ingiliscədə çən, böyük qab mənasını verir. Bəlkə də bu hərbi hissənin Qıvraqda yerləşməsi heç də təsadüfi deyildi, bu hərbi hissənin varlığı Naxçıvanın ermənı hucumundan qorunmasında əhəmiyyətli rol oynad. Mən həmişə demişəm, dünən, bu gün, gələcək yoxdur, bunlar həmişə iç-içədir.

Bu iç-içə tarixin bir günündə mən Qıvrağa gəldim. Oradakı hərdi hissə ilk gördüyüm hərbi hissə olmasa da, buna qədər mən Naxçıvanın Əliabad kəndində yerləşən hərbi hissədə iki aylıq təlimlərdə olmuşdum, ora ilk gördüyüm andan çox xoşuma gəldi. Qıvraq polku bir rus hərbi hissəsi olsa da, orada bir türk huhu hiss elədim. Qardaşım Rövşən klub müdiri gələndən hərbi hissədə Qıvraq camaatı üçün davalı kinolar seansları təşkil etmişdi. Ona qədər belə şeylər olmamışdı, 1984-85-cı illər idi, amma Qıvrağın genetik ruhu bunu qəbul elədi, yəqin ki, Rövşənin ana babasının (həm də mənim) Kanqlı olması burada öz sözünü dedi. Onlar kənd sakini İsfəndiyar kişi ilə hərbi hissənin klubunda davalı kinolar seanslarına başladılar. Filmlərə baxmağa əsgərlərlə bərabər kənd cavanları da gəlirdilər. Kanqlıların varisləri, ruh döyüşçüləri. Qəribəsi nədir, İsfəndiyar kişi tariximizin ən mistik qəhrəmanlarından olan Əhməd Mehbalıyevin yaxın qohumu idi.

Mistika ondan ibarərdir ki, Kanqlı balası tankda Qızıl kəngərli kəndində Ordu günüdə şəhid olmuşdu. Buna görə, hələ o zamandan qəhrəman Əhmədi də, qardaşı Faiqi də, onun yaxın qohumlarını da yaxından tanımaq imkanım olmuşdu. Rəhmətlik Faiqlə Rövşən sonralar MTN sistemində də bir yerdə işlədilər. Onun digər qardaşı Səttar Meybalıyevi çox sonralar tanıdım və türk dünyasında nə qədər əhəmiyyətli bir insan olduğunu gördüm. Yəni mən bu kəndi, bu camatı tanıyıram. Bu insanların içini bilirəm. Bunlar Kəngərlidir, savaşı genlərində daşıyan adamlardır, canları savaşa bağlıdır, türk törəsinə bağlıdır. Vətən, millət, savaş eşqi onların canına ana südüylə hopub. Mən bunu elə-belə demirəm, gördüklərimi, duyduqlarımı deyirəm. İllər sonra, Qarabağ savaşı başlayanda, bizim Tovuz rayonu çox pis vəziyyətə düşmüşdü. Ermənilər hucum edirdi, Tovuzda isə heç polislərin də tapançadan başqa silahları yox idi. Rayonda silah almaq adına yığılan pullar müammalı şəkildə yoxa çıxmışdı. Təşviş və şübhələr təlatümündə çırpınan insanlar çox yerlərdə olduğu kimi, çarəni qaçmaqda axtarırdılar. Bax onda, Qıvraq düşdü yadıma. Qardaşım hələ də Naxçıvandaydı. Rayonda böyük çaxnaşma varıydı, o zaman dostluq elədiyim Qara Tofiqə dedim ki, biz Naxçıvana getsək vəziyyətdən çıxa bilərik.

Düşüncələrimizi gedib rayonun rəhbərinə bildirdik, razılaşdı əlbəttə, heç ayrı yol da yox idi, camaat arasında artıq isterika başlamışdı. Silahsız türk, araqsız erməni kimidir. Nə isə...Yollandıq Naxçıvana. Əlbəttə, Naxçıvanda ən çox söykənəyəcimiz yer Qıvraq idi. Sədərək döyüşlərində göstərdiyi fəaliyyətlər qardaşıma da Qıvraqlılar arasında böyük nüfuz qazandırmışdı. Biz gedəndə, Rövşən artıq Naxçıvanda işləməyinə baxmayaraq, Qıvraqda böyük coşqu ilə qarşılandıq. Onda gördüm ki, Qıvraqlılar qəhrəmanları sevir. Amma əsl qəhrəman elə özləridir. Bilmirəm, haradan tapdılar, yerdən gəldi, göydən gəldi, bizə lazım olan silah gəldi. Tovuzlu oğlanları pulunu yediyi silahların əvəzini Qıvraqlı oğlanlar verdi. Və mən Elxan Zal Qaraxanlı olaraq, bütün türk dünyası adına onlara təşəkkür edirəm. Bəlkə də onlar olmasa, mənim doğulduğum Tovuz rayonunu çox çətin aqibət gözləyərdi. Hə bilim halımız necə olacaqdı...Şükürlər olsun ki, Tanrının inayəti ilə hər şey yaxşı qurtardı. Kəngərli övladları araba göndərə bilməsə də, Kalaşnikov avtomatları göndərə bildi. Sonralar onlar Naxçıvan - Gəncə reysi ilə bir BMP-də göndərdilər, o zaman bu məni təəccübləndirsə də, indi artıq təəccübləndirmir. Kanq tank göndərər Tausa, bank göndərməz. Mən, 2019-cu ildə, Bakıda, qanımı axıtdıqım ölkədə, kirayədə qaldığım evdə, iyunun 26-da, Ordu günündə əbəs yerə Kanqlı balasını düşünmürəm. Onunla qohum da ola bilərik, olmaya da bilərik, amma o qəhrəmandır şübhəsiz. Özü də, onun qəhrəmanlığı genlərində olsa da, bu kitabı böyük Tanrı özü yazıb. Əhməd Mehbalılıyev, Elxan Zal Qaraxanlının doğulduğu gün Tanrı dərgahına yollanan böyük qəhrəman.

Sən Göy türklər, Çingizilər, Səlcuqlar, Osmanlılar kimi xanədanları qurmuş bir xalqın evladısan. Qürur duyuram səninlə qəhrəmanın. Tanrımızın sevimli bəndəsi. Əlbəttə sənsiz də Qarabağdakı savaş müəyyən bir şəkil alacaqdı. Amma sən bu müharibəyə hələ ölkəmizdə kimsənin fəfm eləmədi bir şəkil verdin. Sən, 1993-cü ilin 26 iyunununda Qızıl Kəngərli torpağında qızıl qanınla suvardığın torpağın yaddaş kitabına öz adınla yazdın bir daha - Göy çökməsə, Yer batmasa Türk törəsi pozulmaz. Ulu Tanrı kanqları tanklara çevirdi, səni bu tanklara rəhbər qoydu və sən öz hünərinlə pozulmaz bir irs qoydun bu Vətən gəncliyinə. Tankçı qardaşım, biz kanqlarla Hun qurduq, Göy türk qurduq, Çingiz Qurduq, Səlcuq qurduq, Səfəvi qurduq, Osmanlı qurduq, İndi də Azərbaycan qururuq. Torpağı qəhrəmanların qızıl qanı ilə suvarılan ərazilərə Vətən deyilər. Sən Kəngərlilərdən olan olan Əhməd Mehbalıyev, ordu günündə, Vətən yolunda tanrı dərgahına yollandın ki, həmin gündə doğulan yaşasınlar və Tanrını vəsf edə bilsinlər. Axı sən Tanrıdağda ölməzlər məkanındasan artıq. Türk qəhrəmanlarının əbədiyyət qazandığı cənnətdə. Yanında elə ərlər dayanıb ki, adları yer-göy titrədib. Heç bilmirəm kimin adını çəkim. Məsələn peyğəmbərin merac zamanı qırx ərəni ilə dərgahda dayanan Satuk Buğra xan. Yəqin ki, nə zamansa orada, Ulular uçmağında bir gün görüşəcəyik səninlə. Sən deyəcəksəksən ki, ölümün xeyir Elxan, mən də deyəyəcəyəm ölümə qənşər Əhməd. Biz qonaq yaşadıq Yer kürəsində, indi sakiniyik əbədiyyətin.