Putin Qəzza ilə bağlı şərh verməkdən imtina etdi

Rusiya Prezidenti Vladimir Putin fevral ayında Qəzzada əsirlikdən azad edilən Aleksandr Trufanovla görüşündə Fələstində baş verən hadisələrə siyasi qiymət verməyəcəyini bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Trufanovu əsirlikdən azad edilməsi münasibətilə təbrik edib və heç bir halda regionda baş verənlərlə bağlı şərh verməyəcəyini açıqlayıb.

“Sizinlə bağlı baş verənlər böyük faciədir”, - o bildirib.