2019-cu ilin son şeirlər kitabı bu gün çapdan çıxıb.
"Report"un məlumatına görə, görkəmli şair Tofiq Nurəliyə məxsus kitab “Darıxan nəğmələr" adlanır. Burada şairin yalnız sevgi şeirləri toplanıb.
Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab" seriyasındandır.
Qeyd edək ki, bu, Tofiq Nurəlinin sayca 6-cı şeirlər kitabıdır. Daha əvvəl "Şehli kəpənəklər", "Yağışdan sonra", Tənha bir qüssə", "Tənha payız yarpağı" və "Yarpaqlarım ağrıyır" kitabları çapdan çıxır. Gənc yazıçıların 1984-cü ildə keçmiş SSRİ-nin paytaxtı Moskvada keçirilmiş VII Ümumittifaq Müşavirəsində Azərbaycan poeziyasını uğurla təmsil etdiyi üçün onun barəsində 4 qərar və təqdimatı olub. Bu, Azərbaycan yazarları üçün ilk və son belə hal olub.