"Heç bir kitabımdan qonorar almıram. Ümumiyyətlə, heç nədən qonorar almıram. Bax indi sizin efirə danışıram, mənə qonorar verməyəcəksiniz".
"Sherg.az" xəbər verir ki, bu barədə Xalq yazıçısı Anar Rzayev AZTV-yə müsahibəsində bildirib. Yaşayışından şikayətlənmədiyini dilə gətirən yazıçı qeyd edib ki, dolanışığı normaldır:
"Prezident təqaüdü alıram, keçmiş deputat olmuşam, oradan alıram. Heç bir obyektim, maşınım, bağ evim yoxdur. Elə bilirlər Azərbaycan Yazıçılar Birliyinin sədri olanda rüşvət alırsan, "pul yeyirsən". Məni də öz arşınları ilə ölçürlər. Amma ona sevinirəm ki, təmiz adamam, buna görə də məni ləkələmək istəyirlər".
Yazıçı onu da əlavə edib ki, onu ləkələmək istəyənlərin arasında xanımlar da var.