“1-ci siniflərə qəbulda uşaqlar psixologiya imtahanından keçsinlər”
Yusif Nəzərli
11:46 29.11.2021
Aktual
1254
“Qabiliyyət, qavrama testləri olmalıdır. Valideyn iclaslarında mütləq psixoloqlar iştirak etməlidir”
“Fənn müəllimləri iclaslarda şagirdlərin təhsili ilə bağlı məlumat verdiyi kimi psixoloq da fəaliyyət göstərməlidir”
“Müəllim, valideyn, psixoloq birgə işləyib, cəmiyyətə sağlam şəxsiyyət yetişdirməlidirlər”
“Proqramlar tərtib edilməlidir. 10 il əvvəlin yox, yalnız müasir düşüncəyə cavab verən proqramlar psixoloqların köməyinə çatar”
Bakı məktəblərində psixoloq ştatı artırılacaq. Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlama verib. O bildirib ki, Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq:
“İndiki zamanda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Mütəmadi olaraq bu istiqamətdə maarifləndirici konfrans və seminarlar təşkil olunur. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər mövcuddur”.
Addımı dəyərləndirən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az” a bildirib ki, dəfələrlə verilişlərə, saytlara müsahibə zamanı bu məsələni dəfələrlə qaldırıb:
“Birmənalı şəkildə məktəblərdə psixoloq ştatı artırılmalıdır. Ən azı 2-3 min uşağı nəzərə alsaq, buna psixoloqun fiziki gücü yetməz. Bir sinifdə 30-35 şagird təhsil alır. Psixoloq sinifdə əyləşib, müşahidələr aparmalı, şagirdlərin xarakteristikasını yazmalı, gərək duyarsa, individual işləməlidir. Amma sadalananların hamısını bir psixoloqun etməsi mümkün deyil”.
Müsahibimiz diqqətə çatdırıb ki, psixoloq peşəsinə əksəriyyət yeni sahə kimi baxsa da, onun dərinlikləri var:
“Psixoloqlar ixtisaslaşırlar. Uşaq ilə yeniyetmə və böyüklər üçün olan psixoloqlar fərqli istiqamətlərə bölünür. Kim ki “hərşeyşünas” olmaq istəyir, onlar nəticə əldə etmir. Düşünürəm ki, ibtidai siniflərdə təhsil alan şagirdlərlə yuxarı sinif və yeniyetmələrin psixoloqu ayrı olsa, daha yaxşı olar. Şagirdlərə nəzarət imkanları böyüyər. Nəticədə ortaya keyfiyyətli iş çıxar və psixoloq hər bir fərdi tanıyar”.
F.Mehmanqızı vurğulayıb ki, 1-ci siniflərə qəbul zamanı uşaqlar psixologiya imtahanından da keçsələr, daha məqbul olar:
“Qabiliyyət, qavrama testləri olmalıdır. Valideyn iclaslarında mütləq psixoloqlar iştirak etməlidir. Fənn müəllimləri iclaslarda şagirdlərin təhsili ilə bağlı məlumat verdiyi kimi psixoloq da fəaliyyət göstərməlidir. Müəllim, valideyn, psixoloq birgə işləyib, cəmiyyətə sağlam şəxsiyyət yetişdirməlidirlər. Bu səbəbdən ştat sayı artırılmalıdır. Bir çox universitet psixoloq məzunlar buraxır. Bu gün psixologiyaya maraq var. Hətta qeyri-rəsmi olsa da, sertifikat ilə də psixoloq olanların şahidi oluruq”.
F.Mehmanqızının fikrincə, dövlət hesabına kurslar fəaliyyət göstərsə, yaxşı olar:
“Təhsil Nazirliyi müasir terapiya üsulları, analizlər, testlər üzərində çalışmalıdır. Xüsusi seminarlar təşkil olunsa, xoşagələn addım kimi dəyərləndirilərdi. Məktəb psixoloqlarının Psixoloqlar Assosiasiyasına üzv olması daha uyğun hesab edilə bilər. Belə olduğu halda Assosiasiyaya üzv olan psixoloqlar hər hansı mövzu haqqında ortaq məxrəcə gələr. Həmçinin proqramlar tərtib edilməlidir. 10 il əvvəlin yox, yalnız müasir düşüncəyə cavab verən proqramlar psixoloqların köməyinə çatar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya