Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.
“Azəriqaz” İB-dən “ APA -Economics”ə verilən məlumata görə, nəticədə adıçəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Xəttin bərpası istiqamətində işlər aparılır.