Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA -nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat John B.Goodenough, M.Stanley Whittingham və Akira Yoshinoya verilib.
Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.