Ərdoğan Penslə görüşə razılıq verib (YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Vitse-prezidenti Maykl Penslə görüşəcək.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ərdoğan ABŞ nümayəndə heyətini sabah qəbul edəcək.

Qeyd edək ki, Ərdoğan daha əvvəl ABŞ-ın Vitse-prezidenti və Dövlət katibi ilə görüşmək fikrində olmadığını demişdi. Qeyd etmişdi ki, onlarla Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu görüşəcək. Özü isə görüş üçün Prezident Donald Trampı gözlədiyini vurğulamışdı.

Buna baxmayaraq, Ağ Ev bəyan edib ki, oktyabrın 17-də Pensin Ərdoğanla ikitərəfli görüşü planlaşdırılır.

16:28

Mən ABŞ Prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə - red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız” sualına cavabında deyib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.