Suriya ordusunun bölmələri son beş ildə ilk dəfə olaraq Rakka şəhərinə daxil olub.
Bu barədə RİA-Novosti Suriyadakı səhra komandirinə istinadla məlumat yayıb.
Qeyd edilir ki, Suriya hökumət ordusu ərazidə müşahidə məntəqəsi qurub.
Xatırladaq ki, Rakka 2014-ci ildə “İŞİD” tərəfindən tutulub və de-fakto yaraqlıların qalasına çevrilib.
2017-ci ilin oktyabrında isə "Suriya Demokratik Qüvvələri"nin beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə aylarla davam edən hərbi əməliyyatından sonra şəhər azad edilib.