Avropa Ətraf Mühit Agentliyinin hazırladığı hesabata görə, 2016-cı ildə Avropada havanın keyfiyyətsizliyindən 400.000 insan vaxtından əvvəl həyatını itirib.
Hesabatda hava çirkliliyinin insan sağlamlığı üçün ən vacib ekoloji təhlükə amili olduğu bildirilib.
Agentliyin hesabatını hazırlayan havanın keyfiyyətinə nəzarət mütəxəssislərindən biri Alberto Gonzlez Ortiz Avropa şəhərlərində havanın çirklənmə səviyyəsini azaltmaq üçün avtomobillərin sayının, xüsusən azot dioksid maddəsinin miqdarının azaldılmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, Avropa Komissiyası iyul ayında İspaniya və Bolqarıstana vətəndaşlarını havanın çirkliliyindən qoruması üçün xəbərdarlıq edib.