İran Futbol Federasiyası (İFF) Təbrizin "Traktor" futbol klubunun oyunçusu Mehdi Babrinin müvəqqəti olaraq futboldan uzaqlaşdırılması haqda qərar verib.
Sherg.az avropa.info-ya istinadən xəbər verir ki, bu qərar, Azərbaycan türkü olan Mehdi Babrinin, Türkiyənin PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatına dəstək verdiyi və “Instagram” hekayəsində Türkiyə bayrağını paylaşdığı üçün qəbul edilib.
İFF-in saytında hadisə barədə belə izah verilib: ““Traktor” futbol klubunun oyunçusu Mehdi Babri idmançıya yaraşmayan davranış səbəbiylə müvəqqəti olaraq futboldan uzaqlaşdırılır”.