İlahiyyatçı: "Polislərimiz çox mədəni və alicənab davrandılar"

“Polis ölkənin təhlükəsizliyini və ictimai asayişi qorumaq üçün ən yumşaq formada hərəkət edib”.

Bunu Sherg.az-a açıqlamasında AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. 

Ekspert bildirib ki, hüquq-mühafizə orqanları onları təhrik edənlərin hərəkətlərinə aqressiv reaksiya verməyib: 

“Polis üstünüzə itləri salmayıb, sizi zəhərli qazla uzaqlaşdırmayıb, silahdan istifadə etməyib, maşınlardan üstünüzə təzyiqli su səpməyib. Sadəcə, mədəni şəkildə sizi sakitləşdirərək, küçələri boşaltmağınızı tələb edib. Üstəlik, polis onları söyüb, təhqir edənlərə belə su verib, qarışıqlıqdan halı pisləşən vətəndaşlara köməklik göstərib. Ora toplaşan radikallar isə polisi təhqir edərək, asayişi təmin edənlərə qarşı kobudluq ediblər. Hər şeyə rəğmən, polislərimiz çox mədəni və alicənab davranıblar”.