2023-cü ilədək qaz hasilatını 35 faiz artıracaq - PROQNOZ

Azərbaycanda 2023-cü ildə 47 436,4 mlrd. kubmetr qaz hasil ediləcəyi gözlənilir ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 35% çoxdur.

" APA -Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə 35 183 mln. kubmetr qaz hasil ediləcək.

Sənədə əsasən, 2020-ci ildə ölkədə 37 820,3 mln. kubmetr, 2021-ci ildə – 42 833 mln. kubmetr, 2022-ci ildə isə 45 579,6 mln. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda 30 134,8 mln. kubmetr qaz istehsal edilib.
Bundan əlavə sənəddə ölkədə əmtəəlik qazın hasilatının ilbəil artacağını da proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə bu göstərici 24 352,4 mln. kubmetr, 2020-ci ildə – 26 995 mln. kubmetr, 2021-ci ildə – 31 849 mln kubmetr, 2022-ci ildə – 34 932 mln. kubmetr, 2023-cü ildə isə 37 178,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.
Lent.az