Nardaran sakinin evindən odlu silahlar və partlayıcı maddələr aşkar edilib.
APA -nın məlumatına görə, Nardaran sakini, 31 yaşlı İsmayıl Əliyevin yaşadığı evin həyətində yerləşən toyuq hinində topağa basdırılmış 2 ədəd tüfəng, 3 ədəd əl qumbarası və silah kəməri aşkarlanıb.
Saxlanılan şəxs həmin silah-sursatın 2016-cı ildə ölmüş babasına məxsus olduğunu deyib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.