“Prezident İlham Əliyev bolkada şəraitində olan Naxçıvana hər zaman böyük diqqət və qayğı göstərib”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, Prezident Naxçıvanda keçirilən bir çox tədbirdə özü yaxından iştirak edib:
“Görüş zamanı Naxçıvana invesitisiya qoyuluşu məsələsi, Ordubadda tikilən Su Elektrik Stansiyası və iqtisadiyyatın digər sahələri ilə əlaqədar çox geniş fikirlər səsləndirilib. Qədim diyarımız Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq inkişafı ilə bağlı çox böyük işlər görülüb. Bu da təbii ki, Prezident İlham Əliyevin və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gördüyü işlərinin nəticəsidir. Naxçıvanda kənd təsərrüfatı inkişaf edir. Təsəvvür edin ki, bir çox yerlərdən fərqli olaraq Naxçıvanda sabitlikdir. Misal üçün, fermerlər yetişdirdikləri kənd təsərrüfatı məhsullarının satışını ancaq və ancaq özləri bazarda realizə edir və ucuz qimətlərə sata bilirlər. Bazar iqtisadiyyatı Naxçıvanda çox yüksək səviyyədə təşkil olunub. Baxın, Muxtar Respublikanın özünün Taxıl Ehtiyyat Fondu var. Özü-özünü bütün kənd təsərrüfatı məsulları ilə təmin edir və xarici bazarlara da çıxmağa imkanı var”.
Parlament üzvü vurğulayıb ki, Naxçıvan bu gün yüksək səviyyədə inkişaf edir:
“Cənab Prezident büdcəni müzakirə edərkən səsləndirilən fikirlərdən görünür ki, Naxçıvana böyük köməklik edib. Naxçıvanın özünün də büdcə sahəsində, vergilərin yığılmasında öz fikirlərini dedi. Hazırda Naxçıvana 2020-ci ildə 482,1 milyon manat ayrılması nəzərdə tutulub, Naxçıvanın özünün öz daxili gəlirləri 94,2 milyon manatdır. Bu da təbiidir, çünki Naxçıvan blokadadadır. Əgər blokadada olmasaydı, indi Naxçıvan da özünü maaliyyələşdirən regionlarda ön sıralardan birində idi. Təəssüf ki, hələlik Dağlıq Qarabağ probleminə görə Naxçıvan blokada şəraitində yaşamağa davam etməkdədir. Lakin Naxçıvan inkişaf edir və əhali də dövlətimizdən, xüsusilə də cənab Prezidentimizdən çox razıdır”.