Deputat: "Rusiyada Mehriban xanıma böyük sayğının şahidi olduq"

“Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərini izləyənlər onun necə qarşılandığına, səfərdə olduğu ölkənin mediasının materiallarına baxanda yəqin bir özəlliyi hiss etməmiş deyillər”. 

Sherg.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. 

Deputat bildirib ki, Kremldə hörmətli Mehriban xanım Əliyevanın səfərinə başqa dövlətin ikinci şəxsinin qarşılanması protokolu çərçivəsində yanaşılmır: 

“Açığını deməli olsaq, ona hətta bir çox dövlətlərin birinci şəxslərinə belə göstərilməyən böyük diqqət, sayğı var idi. Bu da hər iki ölkənin prezidenti arasında yaranmış qarşılıqlı hörmətə, güvənə əsaslanır. Səfər göstərir ki, həm də dostluğa, Azərbaycanın Birinci vitse-prezidentinin özünün şəxsi keyfiyyətinə, potensialına və təbii ki, ölkəmizin regionda oynadığı rola dayanır. Bunu elə Prezident Putinin Azərbaycanın Birinci vitse-prezidentinə Rusiyanın “Dostluq” ordenini təqdim edərkən dedikləri də təsdiqləyir. Putin bu sözləri dedi: “Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır”.