“Haqq-ədalətdən xəbəri olmayan Əli İnsanov “Haqq və Ədalət” adında partiya yaradıb”.
Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ə.İnsanov ətrafına beş-üç nəfər toplayaraq “ədalət carçısı”na çevrilib:
“Əli İnsanov haqq-ədalət carçısı deyil. O, öz haqq-hesabını çürütmək üçün bu yola əl atıb. Onun səhiyyə naziri kimi fəaliyyəti anti-xalq mahiyyəti daşıyırdı. Əli İnsanov yalnız öz ambisiyalarını həyata keçirmək üçün çalışır. Onun heç vaxt xalqın adından danışmağa mənəvi haqqı yoxdur”.