AMİP-in ilk qeydiyyata alınan namizədi Əli Orucovdur

AMİP Siyasi Şurasının üzvü Əli Orucovun 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınıb. 

Sherg.az-ın xəbərinə görə, bu barədə AMİP rəsmisi Əli Orucov özü məlumat verib. 

Ekspert bildirib ki, onun namizədliyi 9 saylı Binəqədi İkinci Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb: 

“AMİP-in ilk qeydiyyata alınan namizədi oldum. Zəhməti keçən hər kəsə təşəkkürlər. Bu mərhələni uğurla başa vurduq. Davamı da gələcək”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.