“Bütün namizədlərə yüksək səviyyədə, bərabər şəkildə şərait yaradılır”. Bunu Sherg.az-a açıqlamasında 10 saylı Binəqədi 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi ekspert Milli Məclis seçkilərinin xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Gənclər parlament seçkisinə böyük həvəs göstərirlər. Bu da gənclərə dövlət səviyyəsində geniş şərait yaradılması ilə bağlıdır. Mən artıq10 saylı Binəqədi 3-cü seçki dairəsinə imzaları və seçki məcəlləsinə uyğun olaraq tələb olunan imza vərəqələrini verdim. 10 saylı DSK-nın rəsmiləri namizədlərə hörmətlə yanaşır. Sənədlər çox diqqətlə qəbul olunur. Dairə sədri İsgəndər müəllim namizədlərlə şəxsən görüşərək, onları maraqlandıran suallara yüksək səviyyədə cavab verir. Bütün bunlara seçki prosesinə etimadı artırır”.