"AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin tələblərini və qaydalarını kobud şəkildə pozaraq qızına toy etməsi cəmiyyəti narahat etməyə bilməzdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Ehtiram Mehdiyev deyib.
Onun sözlərinə görə, pandemiya və həssas bir dövrdə toy - bayram etmək yolverilməzdir: " Çox təəssüflər ki hüquqi və mənəvi qaydaları pozub həmin toyda iştirak edən dövlət rəsmiləri arasında özlərinə haqq qazandıranları da oldu. Halbuki o adamlar özlərinin hərəkət və davranışları ilə cəmiyyətə nümunə olmağa borclu idilər".
Bununla belə E. Mehdiyevin sözlərinə görə, qanunu pozanların dərhal cəzalandırılması sıravi vətəndaşlarda dövlətə olan inam və etimadı daha da artırdı:
"Buna görə dövlət başçısına təşəkkür edirik. Bəli, biz həmişə qanunun aliliyini və ədalətin bərqərar olmasını istəmişik. Qanun hər kəs üçün eyni olmalıdır. Bu gün cəmiyyət bir daha əmin oldu ki, dövlətin qanunlarına qarşı çıxanlar kimliyindən asılı olmayaraq sərt şəkildə cəzalandırılacaq".