Milyonlarla istifadəçisi olan sosial media tətbiqi Feysbuk ad dəyişikliyi ilə dünyanın gündəminə düşüb.
"Connect 2021" tədbirində çıxış edən şirkətin qurucusu və baş direktoru Mark Zukerberq internetin yeni forması adlandırılan platformanı təqdim edərək şirkətin yeni adını açıqlayıb.
Belə ki, "WhatsApp", "Instagram" və "Messenger" proqramlarının da yer aldığı dünyaca məşhur şirkət təşkilatı “Meta” adlandırıb. Bu inkişafdan sonra son zamanlar müxtəlif qalmaqallarla gündəmdə olan sosial media qurumunun adını niyə dəyişdiyi maraq doğurub.
Bəs "Facebook" niyə adını dəyişdi? "Facebook"un yeni adı "Meta" nə deməkdir?
“Sherg.az” təfərrüatları təqdim edir.
Türkiyə mətbuatı yazır ki, “Meta” sözünün mənası “Satış üçün istehsal olunan, satılan mal” deməkdir.
"Metaverse" fiziki reallıq ilə artırılmış virtual reallığı ortaya qoyan "kiber dünya" deməkdir.
Gələcəyin interneti olaraq təyin olunan "Metaverse" sayəsində rəqəmsal platformalar arasında hərəkət etmək, bu mühitlərdə digər insanlarla ünsiyyət qurmaq, öyrənmək, əylənmək və araşdırmaq kimi fəaliyyətlər hər zamankından daha əlçatan olacaq.
Feysbukun qurucusu və icraçı direktoru M.Zukerberq tətbiqi "mobil telefonlarımıza və ya ekranımıza baxa bildiyimiz deyil, bir hissəsi ola biləcəyimiz, lakin daxil ola biləcəyimiz bir internet" olaraq təyin edir.