Türkiyəli məşhur müğənni Sezen Aksunun “Yaşamaq şəhanə şeydir” adlı mahnısı sosial şəbəkələrdə qalmaqal yaradıb.
"Sherg.az"ın məlumatlna görə, mahnıda “O cahil Həvva və Adəmə salam deyin...” ifadələri bir-birinin ardınca reaksiya almağa başlayıb.
Qısa müddətdə #sezenaksu həştəqi Tvitter gündəmində olub.
Sözügedən mahnıdan ötrü bir çox insan arasında S.Aksuya dəstək mesajı verənlər də olub.
Mövzu ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Böyük Çamlıca məscidində cümə namazını qılan prezident Ərdoğan namazdan sonra camaata xitab edib.
R.T.Ərdoğan S.Aksu ilə bağlı sərt ifadələr işlədib:
"Təhqir min dollar dəyərindədir. Bütün bunlara qarşı dimdik duran sizsiniz. Hz. Adəmə kimsəninin dili uzana bilməz.Yeri gələndə o uzanan dilləri qopartmaq bizim borcumuzdur. Heç kəs Həvva anamıza dil uzada bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur".
Mənbə: EN SON HABER