Aktyordan övladı ilə bağlı paylaşım: “...Güclü və yaman oğlandır” - FOTO

Aktyor Murad İsmayıl yeni paylaşım edib. "Sherg.az" xəbər verir ki,  o ikinci övladı ilə fotosunu izləyiciləri ilə bölüşüb. "Rəsul balamın 40-ı çıxdı. Çox şükür yaxşıdır. Vaxtından tez gəlsə də, güclü və yaman oğlandır. Allah olmayanlara qismət etsin. Bu arada şəkilə baxanda fikir verdim, saçlarım ağarır, yaman tez qocaldım"-, deyə o qeyd edib.