"Rusiyanın Ukraynaya hərbi təcavüzü strateji səhvdir və bunun acı meyvələrini təkcə Putin rejimi deyil, rus xalqı da dadacaq".
"Sherg.az"ın məlumatına görə, bu sözləri politoloq Natiq Miri Feysbuk hesabında yazıb.
Politoloq Ukrayna-Rusiya müharibəsinə münasibət bildirib:
"Artıq Putin rejimini heç bir "günəş" qızdırmayacaq, qürub başlayıb. Ukrayna xalqına isə dözüm, mətanət, cəsarət və birlik diləyirəm. Əmin olsunlar , bir olan xalqa dünyada heç bir güc qalib gələ bilməz. Onu da unutmayın ki, əvvəl cəfa, sonra səfa gəlir və bütün inkişaflar xaosdan keçir. Allah yar və yardımçınız olsun, çünki ədalət sizin yanınızdadır, haqlı olan güclüdür"-, deyə o qeyd edib.