Məşhur Hollivud ulduzu Ancelina Coli Ukraynaya dəstək mesajı paylaşıb.
"Sherg.az"ın məlumatına görə, A.Coli "İnstagram" səhifəsində bu barədə status paylaşıb.
Aktrisanın sözlərinə görə, o bir çoxları kimi Ukraynadakı insanlar üçün dua edir:
"Həmkarlarımla birlikdə diqqət mərkəzində olan budur ki, bölgədəki köçkünlərin və qaçqınların müdafiəsi və əsas insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şey edilir. Artıq itkilər və insanların təhlükəsizlik axtarmaq üçün evlərini tərk etməyə başladığı barədə xəbərləri görmüşük. Nə olacağını bilmək hələ tezdir, lakin bu anın əhəmiyyətini - Ukrayna xalqı və beynəlxalq hüququn aliliyi üçün - qiymətləndirmək olmaz"-, deyə A.Coli qeyd edib.