"Şəhid övladına qarşı göstərilən belə münasibət yaramazlıqdır".
Bu sözləri Qarabağ döyüşçüsü, tanınmış jurnalist İlham Tumas "Sherg.az"a açıqlamasında deyib.
İ.Tumas İcbari Tibbi Sığortada müəyyən çatışmazlıqların olduğunu söyləyib:
"İşlədiyim televiziyadan tibbi cəhətdən sığortalanmışam. Mənim əməkhaqqımdan bunun üçün vəsait tutulur, dövlət xəstəxanasına müraciət edəndə həmin məcburi tibbi sığorta gerçəkləşdirilməlidir.
Dostlarım tibbi sığorta ilə bağlı müraciət ünvanlasalar da, o qədər sənəd istəyiblər ki... Adam bezir. Heç ondan yararlanmayıblar.
Mənə deyilənə görə, müraciət ünvanlayanlar çox narazılıq edir. Həkimlərə də seçim imkanı qoymurlar. Qanunvericilikdə hər şey qaydasında ola bilər, lakin icra məsələsində çox ciddi problemlər var. Bunlar aradan qaldırılmalıdır".
Qeyd edək ki, ötən gün "Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova 3 nömrəli Şəhər Kliniki Xəstəxanadan narazılıq edib. Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid həkim Şıxəliyev Farizin tək övladı iki yaşlı Əlinin nevroloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb, həkimlərin isə ona bəslədiyi biganə yanaşmasından gileylənib.