Son vaxtlar İranın Azərbaycan əleyhinə təxribatları tənqid edilir. İran Azərbaycan münasibətləri haqda pozitif düşünmək imkanı yaranan kimi suları bulandıranlar ortaya çıxır. Ekspertlər İranın sadəcə "gözdən pərdə asdığını" söyləyir.
Dünya Azərbaycanlılarının V Qurultayı 22 və 23 apreldə Şuşada keçiriləcəyi müəyyənləşib. Tədbir dosta güvən, düşmənə göz dağı verəcək. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak ilə keçiriləcək tədbir fonunda İran mediasının Zəfər Qurultayına qarşı təxribatxarakterli materiallar yayması suallar yaradır. Bu barədə "Azerbaycan-ruznamesi.org" "Azad İran" teleqram kanalına əsasən xəbər paylaşıb. Respublikamız xüsusilə də yaxın qonşu və müsəlman dövlət hesab etdiyi İran İslam Respublikası ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişafına çalışıb, onun daxili işlərinə müdaxilə kimi dəyərləndiriləcək hər hansı addıma yol verməyib. Lakin iddialara görə, onlar yaxın günlərdə Şuşada keçiriləcək Zəfər Qurultayını pantürkistlərin anti-İran toplantısı adlandırıblar. Hətta bunu İranı hər tərəfdən mühasirəyə almaq cəhdi kimi dəyərləndiriblər.
Bununla yanaşı İran hökuməti Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb. “Azad İran” teleqram kanalının xəbərinə görə, İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını söyləyiblər.
Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran dövlətinin bir ovuc erməninin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə hansı məqsəd güddüyü sual doğurur.
Hazırki durumu "Sherg."a dəyərləndirən politoloq Sədrəddin Soltan İran hakimiyyəti ilə əhalisinin ayrı olduğunu vurğulayıb. Bu siyasəti yürüdən İran mərkəzi fars düşüncə sistemidir:
"Hazırda islam ideologiyalı olduqlarını iddia etsələrdə, hakimiyyətdə hakimiyyətdə fars düşüncə sisteminin təmsilçiləridir. Onlar dünyada baş verənlərə siyasi ideoloji mövqedən baxırlar. Azərbaycan Respublikasının mövcudluğuna torpaqların azadlığına qovuşmasına, Azərbaycan Türkiyə, NATO, İsrail və s. münasibətlərinə belə mövqedən yanaşırlar. İran hakimiyyəti “dünya azərbaycanlıları” ifadəsindən qıcıqlanır. Çünki gözləri önünə İrandakı 30 milyondan çox azərbaycan türkü gəlir. İlk qurultaylar vaxtı da oxşar bəyanatlar səsləndirmişdilər. İranın müxtəlif təbilğat vasitələri duruma qısqanclıq göstəriblər. İran tərəfi guya, Dünya Azərbaycanlıları bir yerə yığışanda İranın dağılması ilə bağlı nəyisə müzakirəsini aparacaqlarını düşünür. II Qurultayda prezident İlham Əliyev deyib ki, 50 milyonluq Aərbaycanın Prezidentidir. Yəni dünya azərbaycanlılarının vətəni Azərbaycandır. Rusiyadakı Dərbənd, Gürcüstandakı Borçalı, həmçinin Orta Asiya, Əfqanıstan, Amerika, Avropadakı azərbaycanlılar Qarabağın azad olunmasını arzulayırdılar. İndi Azərbaycan hökuməti onların istəyini reallaşdırıb".
S.Soltanın sözlərinə görə, dünya azərbaycanlıları düşmən üzərində qələbə qazandıqları günü Qurultayda qeyd edəcəklər:
"İranda qısqanc davranır. Elə bilir, toplaşanlar mütləq İranın dağılmasına qərar verəcəklər. Toplantının mahiyyəti həmrəyliyi nümayiş etdirməkdir. Dünya azərbaycanlılarının vətəni eyni zamanda Azərbaycan Respublikasıdır. Dünya Azərbaycanlıları Qurultayının fəlsəfəsi qonşulara zərər yetirmək deyil. Regionda bütün dövlətlərin dinc yaşamağı, sıx əməkdaşlığını özündə ehtiva edir. İran tərəfi isə həmişə bu niyyətlərə qarşı dayanıb. Belə deyim var: "Xain xoflu olar". İranda azərbaycan türkünün dövlət hesabına öz ana dilli bir sinif məktəbi belə yoxdur. Azərbaycan türkünün milli mədəni haqqını təmin etməyən İran hakimiyyəti istənilən yerdə dünya azərbaycanlılarını toplaşmasından xoflanır. Dünyada , regionda bütün ölkələri qarışdıran İran hakimiyyətidir. Suriyada, İraqda, Yəməndə İranın İnqibal keşikçiləri qvardiyasının fəalliyət göstərir. İran doktrinasının Ayətullah Xomeyninin "İslam inqilab doktrinası"nın yayılması ilə bağlı İran hakimiyyəti müxtəlif ölkərə xeyli miqdarda vəsait xərcləyir. İtanın Ali dini lideri Xameneinin nümayəndəsi Ocaq Necat Azərbaycandan biabırçı şəkildə yola salındı. Bu da sübut etdi ki, İran hakimiyyəti region ölkələrinə qarışır, İslamı deyil, ölkələri qarışdırmağı təbliğ edir".
Politoloqun fikrincə, İran hakimiyyəti dini azlıqları himayə edirmiş kimi özünü göstərməyə çalışır. Ona görə də adətən erməniləri, az sayda olan yəhudiləri irəli verir:
" Axır vaxtlar ölkədən xristian və yəhudilərin köçü daha da artıb. Özünü xristan havadarı kimi göstərən Tehran hakimiyyəti guya onların hansısa mədəni abidələrini təmirinə səy göstərir,himayəsində saxlayır. Halbuki bütün şəhərlərdə Azərbaycan türkünə məxsus xeyli sayda mədəni abdilər dağılmış vəziyyətdədir. İran hakimiyyəti bərpası üçün heç bir addım atmır.
İranda insanlar xristian dinini qəbul edirlər. Əgər İran ermənilər timsalında xristian dininə xoş münasibət bəsləyirsə, onda ölkədə niyə xristian dinini qəbullanan vətəndaşları cəzalandırır?! İran konstitusiyasına əsasən, Zərdüştlərin hüquqlarını müdafiəçisi kimi göstərilir.
Lakin həmişə İran hakimiyyətinin təqibinə məruz qalırlar. Deməli, onların niyyəti ermənilərin timsalında dini azlığın hüquqlarını mədəni haqlarını müdafiəsi deyil, özünü erməni havdarı kimi göstərməkdir. İran hökuməti ölkə ərazisində dünya ermənilərinin toplantısını keçirib.
Toplantı, adətən, Güney Azərbaycanın Çaldıran yaxınlığında Qara Kilsə ərazisində keçirilir. Çoxlu sayda İran rəsmisi gəlir. Ermənistan - İran qardaşlığından danışırlar.
Elə muzeyin açılmasının arxasında da, ermənilərdən həm Quzey, həm də Güney Azərbaycanlılara alət kimi yararlanmaq məqsədi dayanır".