Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı aparılır. Ötən gün suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minası ( КБ-1) zərərsizləşdirilib. Mayın 4-də də naməlum obyektlər aşkarlanıb. Məlumata görə, dənizin həmin akvatoriyası SSRİ dönəmində poliqon kimi istifadə olunub, aşkarlanan obyektlərin isə həmin vaxt standartlara əməl edilmədən suya atılmış altı böyük gəmi minası (КБ-1) müəyyənləşib. Qeyd edək ki, Xəzərin hövzəsi Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.
Mövzuyla bağlı "Sherg.az"a danışan sabiq MTN əməkdaşı, siyasi analitik Arzu Nağıyev gəmi minalarını qəsdən hansısa dövlətin yerləşdirməsinin inandırıcı görünmədiyini diqqətə çatdırıb:
"Xəzər dənizində keçirilən hərbi təlimlərdən qalma da ola bilər. Mütəmadi şəkildə bu sahədə işlər aparılır. Dənizdəki qazma qurğularının, digərlərinin ətrafında da təhlükəsizlik təminatı həyata keçirilir.
SSR dönəmindən qalma minalar olması da mümkündür.
Təhlükəsizliyin təmini istiqamətində həm Fövqəladə Hallar Nazirliyi, həm də digər aidiyyəti qurumlar işini gerçəkləşdirir".