Ermənilərin Fransada azərbaycanlılara hücumu cavabsız qala bilməz


Parisin qarşısında ciddi məsələ qaldırmalıyıq ki, öz ərazisindəki insanların təhlükəsizliyini təmin etsin, onların hüquqlarını qorusun

 İngilislərin çox gözəl bir deyimi var: “Hürən it dişləməz”.  Bu söz sanki  ermənilərin boyuna biçilib. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alan düşmən məğlubiyyəti sinirə bilmir. 
Torpaqlarımızdan qısa müddət ərzində it kimi qovduğumuz düşmən tulaları indi də xarici ölkələrdəki Azərbaycan təmsilçilərinin ayağına dolaşır. 

Dünyanın  müxtəlif ölkələrinə səpələndikləri üçün erməni lobbisinin nə zaman, harada təxribat törədəcəyi  də bəlli deyil. Bu səbəbdən  xaricdəki səfirliklərimiz və diasporamız son dərəcə ehtiyatlı olmalıdır. 
Qeyd edək ki, xaricdəki erməni millətçiləri yenə də öz ənənələrinə sadiq qalaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına maneçilik törədib.  

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.
Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Siyasi şərhçi Azər Həsrətin “Şərq”ə açıqlamasına görə, mənəviyyatı kasad bir xalq üçün  mədəniyyət mərkəzlərinə hücum etmək  təəccüblü deyil. Onlar təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyənin təmsilçilərinə, mərkəzlərinə qarşı bu cür hərəkətlər edirlər: 

“Bizə və türklər üzərinə mütəmadi hücumlarla gözümüzü qorxudacaqlarını, öz həqiqətlərimizi dünyaya çatdırmağımıza mane olacaqlarını düşünürlər. Ancaq onlar bizi yolumuzdan çəkindirəcək gücdə bir toplum deyil. Tarix boyu cəhd etsələr də, heç birində öz məqsədlərinə çata bilməyiblər” .

A.Həsrətin sözlərinə görə, Azərbaycan dövləti Fransadakı səfirliyimizin  Mədəniyyət Mərkəzinə edilən hücumu  sənədləşdirməli və Fransa dövlətinə rəsmi nota verməlidir: 

“Burada söhbət bir Avropa ölkəsindəki  dinc insanların haqlarının pozulması və təhlükəsizliyindən gedir. 

Uzun illər Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçi dövlətlərdən biri olmasına rəğmən  biz hər zaman Fransanın  ermənipərəst mövqe  sərgiləməsinin şahidi  olmuşuq.  Proses bu gün də davam edir.  İkidə bir üstümüzə gələrək bizi  etmədiyimiz əməllərdə ittiham edərək  müxtəlif məzmunlu bəyanatlar yayırlar. 

Düşünürəm ki, rəsmi Bakı Parisdə yaşanan bu hadisəni əldə rəhbər tutaraq Fransaya kimin  kim olduğunu xatırlatmalıdır. Bu gün yaşanan hadisələrə sıradan bir olay, klassik erməni mənfurluğu  deyib keçsək, növbəti dəfələrdə ayaqları daha çox yer alacaq.  

İlanın başını vaxtında əzərək Fransa qarşısında ciddi məsələ qaldırmalıyıq ki, öz ərazisindəki insanların təhlükəsizliyini təmin etsin, onların hüquqlarını qorusun.  Beynəlxalq hüququn tələbindən irəli gələn bu müddəa hər bir ölkə üçün yazılı qanundur”.