Müğənni Rəqsanə İsmayılova kürəkəni Eşqinin qızı Aysunla evlənmələrinə öncə qarşı çıxıb.
"Sherg.az" xəbər verir ki, bu haqda sənətçi "Şourum" verilişinə açıqlamasında deyib. R. smayılova sonra məhəbbətin qalib gəldiyini vurğulayıb:
"Həyat yoldaşım Fazil Əmiraslanov istədi ki, Eşqinlə özü şəxsən görüşsün. Elə də oldu. Onlar görüşdülər. Eşqin Fazil bəylə danışdı. Eşqini birinci mən tanımışam. İlk başdan onların evliliyinə razı deyildim. Sonra gördüm ki, "Onların sevgisinin qarşısını kəsə bilmərəm".
İsmayılova haqqında sosial şəbəkələrdə yazılan "Qaynanadır, amma açıq-saçıq geyimlər geyinir, "Kürəkənin var..." rəylərə də münasibət bildirib:
"Mən müğənni adamam. Mənim 100 kilo çəkim yoxdur ki, açıq-saçıq geyinməyim. Burada nə var ki?! Rusiyada yaşayıram. Qısa ətək də, şort da geyinə bilərəm. Deyirlər ki, kürəkəni var, şort geyinir. Eşqin isə deyilənləri gülüşlə qarşılayır. Eşqin söyləyir ki, ay müdir, keyf elə, nə istəyirsən geyin".