Təsirli MƏQAM:"Uşaq köynəyini çıxarıb, şəhid qəbrini sildi və sonra onu..." - FOTO+ VİDEO

Aydın Mirzəzadə: "Bu gənclərin tarixə bağlılıq, şəhidlərə hörmət, vətənpərvərlik hissi həddən artıq yüksək olduğunu göstərir".


"Mingəçevirdə şəhid adına həmişə yüksək qiymət verilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhidlərimiz hörmətlə dəfn olundular. Şəhidlər kompleksinin təmiz saxlanmasına da sayğı ilə yanaşırlar. Bu, mingəçevirlilər üçün xarakterik cəhətdir. Şəhid ailələri və qazilərin problemlərinin həlli ilə bağlı müvafiq orqanlar, eləcə də, yerli insanlar diqqət göstərir".

Bu sözləri Mingəçevirdən seçilən Millət vəkili Aydın Mirzəzadə"Sherg.az"a açıqlamasında şəhidlərin məzarını təmizləyən gənclərin addımına münasibət bildirərkən deyib.

Parlamentari bildirib ki, gənclər heç bir tapşırıq olmadan, ürəklərindən gəldikləri hisslə şəhid məzarlarına hörmət sərgiləyirlər:

"Anadan olduğum, eyni zamanda parlamentdə təmsil etdiyim şəhərin gənclərinin belə addım atması məni qürurlandırır. Özüm də şəhid ailələrini ziyarət edirəm. 

Şəhidlər kompleksinə dair kommunal təssərrüfatda xüsusi bölüm var. Onlar təmizliklə məşğul olurlar. 
Bir dəfə görmüşdüm ki, uşaq köynəyini çıxarıb, şəhid qəbrini silmişdi. Sonra geyinib getmişdi. Bu gənclərin tarixə bağlılıq, şəhidlərə hörmət, vətənpərvərlik hissi həddən artıq yüksək olduğunu göstərir".

Qeyd edək ki, sosial şəbəkədə Mingəçevir şəhərində bir qrup gəncin şəhidlərin məzarını təmizlədiyi anın görüntüləri yayılıb.
Gənclərdən biri söyləyir: "Zaur adlı oğlan bunu təklif etdi. Fikir xoşumuza gəldi. Gəldik, birlikdə təmizləyirik".