“İlin sonuna kimi proses sonlanmalıdır"
“Nikol Paşinyanın bütün açıqlamaları Bakı küləyinə oxşayır. Gah xəzridir, gah gilavardır. Gah Azərbaycanı “asır-kəsir”, gah Azərbaycana yalvarır, gah da ki, şirin sözlər deyir. Adam siyasətçi olmadığına görə gündə bir istiqamətə “əsir”. Bu erməni xisləti ilə əlaqəlidir".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın Baş naziri N.Paşinyanın "Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır" fikirlərinə münasibət bildirərkən deyib.
Onun qənaətincə, N.Paşinyan sərsəm fikirlər səsləndirir:
"Moskvaya gedib deyir ki, Rusiya Türkiyə ilə əlaqələrimizi yaxşılaşdıracaq. Hələ bu azmış kimi Rusiyanı bölgədə təhlükəsizliyin qarantı adlandırır.
Bir adamın əməli ilə dediyi söz üst-üstə düşmürsə, ya siyasətçi deyil, ya da riyakardır. Paşinyanda hər ikisi var. O, ən güclü riyakar siyasəti bilməyənlərdən biridir. Neyləyək, düşmən dövlətin rəhbəridir...
Özü Moskvada etiraf etmişdi ki, “bizə Qərb yönümlü deyirlər, amma biz elə deyilik”. Paşinyan Qərb və Rusiya ilə eyni kürsüdə oturmaq istəyir. Balanslaşdırılmış siyasət yürütməkdən ötrü təcrübəli və yaxud iradəli olmalısan. Bunun heç biri Paşinyanda yoxdur. Proses hələ uzanacaq. Lakin Paşinyanın başqa yolu qalmayıb, ilin sonuna kimi proses sonlanmalıdır".
Politoloqun fikrincə, Avropa İttifaqı ilə məsələlər gündəmə gəldiyinə görə ermənilərin son sayıqlamaları kimi qəbul etmək mümkündür:
"Axşam “hə”, sabah “yox” deyir. Qeyri-ciddi gedişdir. Paşinyanın günahı ilə bərabər günahsızlığı da var. Bölgədə Rusiya öz maraqlarını qoruyuib saxlamağa çalışır. ABŞ öz maraqlarını dayanıqlı etməyə səy göstərir. Vəziyyəti qarışdıran İrandır. Rəsmi Tehranın davranışı Azərbaycanın maraqlarına uyğun deyil. Onun əsas hədəfi narkotik maddələr satıb Azərbaycan gəncliyini məhv etmək, Ermənistan üzərindən də narkotrafiki həyata keçirtməkdir. İran bu niyyətini gizlədir. Amma müxaliflətçilərinin Avropa yaydığı məlumatlarda göstərilir ki, cənub qonşumuz hər il Azərbaycan və Ermənistan üzərindən 5-7 milyard dollarlıq narkotrafiklə məşğuldur. Ölkəmizdə hər gün həbslər olur. Lakin kökü kəsilməyib".