"Rusiya ilə ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində çəki artırmaq uğrunda yarışı özünün yeni mərhələsinə adlayıb.
Bu mərhələdəki çəkişmənin təzahürünü Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə, amerikalı siyasətçi Filip Rikerin paralel anda regiona səfər etməsində görmək mümkündür".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib. Onun qənaətincə, ABŞ-ın Cənubi Qafqazda Rusiyanı sıxışdırıb kənara atmaq potensialı yoxdur. Çünki bölgə tarixən Moskvanın maraqları elə əhatə olunub:
"Maraqlar elə kök salıb ki, onu qısa müddət ərzində neytrallaşdırmaq çətin məsələdir.
Rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasındakı yekun sülh müqaviləsinin Kremlin vasitəçiliyi ilə bağlanacağını anlayır. Bu mənada o, indidən Moskvanı “ofsayd”da saxlamaq üçün addımlar atır.
Rusiya isə ABŞ-ın qol-qanad açması üçün “barmaq yeri” qoymaq istəmir. İ. Xovayevin səfərinin pərdəarxasında həmin niyyət gizlənir. Rusiya mümkün razılaşmalarda və ya Azərbaycanın ata biləcəyi hərbi addımlarda öz maraqlarını artırmaq prinsipindən çıxış edir.
Bakı isə Moskvanın belə davranışını özünün aktivinə çevirərək İrəvana təzyiqləri artırır.
Bir sözlə, İ.Xovayev qızışan rəqabət fonunda regional təzyiqi ölçmək üçün bölgəyə səfər edir".
Qeyd edək ki, Rusiyanın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıdadır. O tərəflər arasında sülh sazişinin imzalanmasının bağlanması perspektivlərini müzakirəsi üçün səfər edib. İ. Xovayev İrəvana da səfər planlaşdırır.