Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Aleksey Çepa bildirib ki, Ermənistan və Azərbaycanı danışıqlar masası arxasına oturmağa inandırmaq lazımdır. "Sherg.az"ın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, A.Çepa qeyd edib ki, Rusiya bu regionda sülhün yaranmasında maraqlıdır:
“Ümid edirəm ki, davam edən münaqişə yenidən diplomatiya yolu ilə həll olunacaq. Bir sıra ölkələr var ki, hər cür şəkildə təxribat törətməyə, bu münaqişəni yenidən alovlandırmağa çalışır. Biz bir şeydə maraqlıyıq ki, bu tərəfləri danışıqlar masası arxasına əyləşməyə inandıraq”.