Türkiyə ilə Yunanıstan arasında müəyyən problemlər var və bunu hamı bilir.
"Sherg.az" türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
O, Türkiyənin problemlərin sülh yolu ilə həlli üçün çox səy göstərdiyini və səbirlə davrandığını bildirib:
"Bütün yaxşı niyyətli cəhdlərimizə baxmayaraq, təəssüf ki, qonşumuz Yunanıstan bəzi təxribatçı hərəkətlər və ritorika ilə gərginliyi artırmağa davam edir. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik.
H.Akar Yunanıstanın hər fürsətdə Türkiyəni ləkələməyə çalışdığını vurğulayıb:
"Tarixdən dərs alın. Yeni macəralara atılmayın. Bəziləri qulağınıza nəsə deyə bilər. Tarixdə görmüsünüz ki, bunlar keçərli deyil. Eyni şeyi təkrarlamayın. Bu barədə ağıllı olun".