İki bacını özünə kəbinli arvad edən məktəb direktorundan XƏBƏR VAR:“3-cü həyat yoldaşı da...”

İki bacını özünə kəbinli həyat yoldaşı edən Yardımlı rayon Arvana kənd məktəbinin direktoru Kamran İsayev haqqında yeni məlumat var. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, məktəb direktorunun 3-cü həyat yoldaşının da olması haqda məlumat əldə edilib. M.Zeynalova məktəb direktorunun onu məhkəmə ilə hədələməsinə gəlincə, “məni məhkəmə ilə qorxudur?!

 Qoy versin”, dedi. M.Zeynalova “kəbinli ərindən” qaçıb paytaxta gəlmiş qadının hazırda polisin himayəsində olduğunu və ona kimsənini zərər verə bilməyəcəyini söylədi.

 Baş vermiş hadisənin araşdırıldığını deyən M.Zeynalova bu səbəblə əlavə məlumat verə bilməyəcəyini qeyd etdi, qısaca bunu dedi ki, bacısının həyat yoldaşı ilə kəbininin kəsilməsindən qadının xəbəri olmayıb, kəbin kağızını ona göstərib, “bu, sənin ərindir”, deyiblər.   

Xatırladaq ki, M.Zeynalova Yardımlı rayonundan bir qadının uşağı ilə ayaqyalın qaçıb Bakıya gəldiyi barədə sosial şəbəkədə məlumat paylaşıb: 

“Səbəb, sap-sağlam olan bacısının  mövcud əri onu evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib. Demək, gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq onula zorla  ərdə olmasını tələb edib. Maraqlı bilirsiz nədir?  Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur.  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə bu direktorla məşğul olun. Əgər bu belədirsə həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır”. Sözügedən məktəbin direktoru isə M.Zeynalovanı “haqqında şər-böhtan xarakterli məlumat yaydığı üçün” məhkəməyə verdiyini bildirib.