Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında çıxış edib.
XİN rəhbəri qeyd edib ki,Türkiyə, Krımda olduğu kimi, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını tanımaq niyyətində deyil:
“Biz Krımın ilhaqını tanımırıq və bu barədə Rusiyaya deyirik. Donetsk, Luqansk, Zaporojye və Xersonda keçirilən referendumlarla bağlı narahatlığımızı bildirdik. Biz onları tanımadığımızı açıq şəkildə bəyan etmişik”.
Bəyanatın rəsmi Ankara ilə Rusiya münasibətlərinə ciddi təsir göstərməyəcəyini deyən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Türkiyənin belə bir addım atması parçalanan separatizmə qarşı olmasının göstəricisidir:
bölgəsində kürd problemi qabarıqdır. Onların separatizmdə ağırlıqlarının olması rəsmi Ankaranın bəlasına çevrilib. Bu baxımdan da Türkiyənin separatçılara dəstək verməsi onun dövlət siyasətinə uyğun deyil. Krımın İlhaqının tanınmaması isə beynəlxalq münasibətlərdə dövlətlərin ərazi bütövlüyünü tanıma prinsipinə əsaslanır.
Bu mənəda başqa bir dövlətin ərazisini zor yolu ilə əlindən almaq, beynəlxalq hüquqa ziddir. Ona görə də Türkiyə Donetsk, Xerson, Zaparojye və Luqanskda keçiriləcək referendumlara qarşı çıxır.
Rəsmi Moskva indiki zamanda sanksiyalarla məruz qalıb. Bu səbəbdən də Türkiyə Kreml üçün həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də turizm sahəsində vacib partnyordur. Hər iki ölkənin gələcəyə yönəlik ciddi münasibətləri var.
Ən azından indiki prezidentlər dövründə dünyada baş verən proseslərin, Rusiya və Türkiyə əlaqələrinə təsir edəcəyini düşünmürəm”.