"Rusiya lideri Vladimir Putin təşəbbüsü əlinə almağa çalışır. Ermənistan- Azərbaycan münaqişəsinin banisi kimi problemin həll olunmaması üçün səy göstərir".
Bunu "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib.Analitik bildirib ki, Azərbaycanla Ermənistan rəhbərliyinin görüşü üçün Praqa uyğun məkan deyildi:
" Praqada daha çox Avropa, xristianlar üstünlük təşkil etdiyi üçün Azərbaycanın özünü evindəki kimi hiss eləmədəyini gördük. Türkiyə Prezidenti R.T. Ərdoğanın liderlər ilə görüşü İstanbulda keçirilməsi daha yaxşı olardı. Çünki İstanbul tarixi şəhərdir. Həm erməni, həm də Azərbaycan ictimaiyyəti üçün yaxşı qərar olardı. V. Putin dəvət edibsə, hər iki rəhbər Rusiyaya gedəcək. Nəticələrini gözləyək. Lakin unutmamalıyıq, Rusiyanın təşəbbüsü keçirilən görüşlərin heç biri yaxşı nəticə verməyib".
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib. İndi isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib.