Avropa Birliyi Komissiyasının daxili bazarına cavabdeh olan Tyeri Breton. Elon Maskın “Twitter”i satın aldıqdan sonra "quş azad oldu" mesajını paylaşmasına qarşılıq verib.
Breton bildirib ki, Avropadakı quş bizim qanunlarımıza görə uçacaq.
O mesajında AB-nin rəqamsal servislər qanununa istinad edərək "DSA" etiketindən istifadə edib.
Qeyd edək ki, bu qanun rəqəmsal servis provayderlərinin "nifrət ifadəsi" kimi internetdə qanunsuz olduğuna qərar verilən məzmunların, “Twitter” kimi proqramlardan ən qısa zamanda çıxarılmasını tələb edir.
Xatırladaq ki, Tesla ve “SpaceX”-in “CEO”su Elon Mask, sosial medya şirkəti olan “Twitteri” dünən 44 milyard dollara satın alıb.
Mənbə: HaberGlobal