“Demək olar ki, qardaş ölkənin jurnalistləri hər saniyə Qarabağda baş verənləri dəqiqliklə çatdırırdılar”
“Prezident İlham Əliyevin qardaş Türkiyə kanallarına müsahibələrində Ermənistanın işğalçılıq siyasətini peşəkar səviyyədə, yüksək diplomatik məharətlə ifşa edirdi”
Oktyabrın 28 də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb.
Sənədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri imza atıblar.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu Türkiyədə keçiriləcək.
Belə səfərlərin sayının artmalı olduğunu deyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a vurğulayıb ki, nəinki Şuşa, bütün Qarabağ qardaş Türkiyə də daxil olmaqla, xarici medianın diqqətində olmalıdır:
“Təbliğatda və həqiqətlərimizin dünya ictimaiyyətə çatdırılması istiqamətində medianın böyük rolu danılmazdır. Düşünürəm ki, bu səfərlər Şuşaya olan diqqətin artmasına səbəb olacaq. Bir daha dünyanın diqqətini Şuşaya, Qarabağa yönəldəcək. Türkiyə mediası isə son illər çox inkişaf edib və dünyaya çıxışı genişlənib. Digər tərəfdən nüfuzlu kanallar Azərbaycan mövzusuna böyük diqqət ayırırlar.
Türkiyənin “HaberGlobal” kimi nüfuzlu kanalı Azərbaycanla, bölgə ilə bağlı müntəzəm verilişlər yayımlayır. Vətən müharibəsində dəTürkiyə mediasının Azərbaycana dəstəyi misilsiz oldu.
İnformasiya blokadasının yarılmasında Türkiyə mediasının əməyi unuldulmazdır. Azərbaycan xalqı bunu dəstəyi heç zaman unutmayacaq. Demək olar ki, qardaş ölkənin jurnalistləri hər saniyə Qarabağda baş verənləri dəqiqliklə çatdırırdılar.
Prezident İlham Əliyevin qardaş Türkiyə kanallarına müsahibələrində Ermənistanın işğalçılıq siyasətini peşəkar səviyyədə, yüksək diplomatik məharətlə ifşa edirdi. Prezident İlham Əliyevin müsahibələri böyük reytinqlə izlənilirdi.
Milyonlarla izləyicisi olan kanalların Azərbaycana dəstəyi xalqımız arasında birliyi də gücləndirirdi. Haqlı savaşda özümüzü yalnız hiss etməyə qoymurdu”.