“...nəzərdə tutur. Bu isə bölgədəki sülhə mane olacaq”
Fransa yenidən əvvəlki mövqeyinə qayıdaraq Aİ-nin başlatdığı Brüssel sülh görüşlərinə dəstək verməlidir
“Biz açıq şəkildə Fransanın Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyduğunu və hadisələrin sistemli şəkildə həyata keçirildiyini görürük”.
Bunu “Sherg.az”açıqlamasında siyasi şərhçi Turab Rzayev azərbaycanlıların Fransa senatı qarşısında etiraz aksiyası keçirməsinə münasibət bildirərkən deyib:
Analitik bildirib ki, Fransa XİN-nin açıqlaması, Makronun Praqa görüşünün ardından dövlət televiziyasında Azərbaycanı tənqid etməsi və Senatda Azərbaycan əlehinə qanun layihəsinin hazırlanması isə bunun ən bariz nümunəsidir:
“Biz baxsaq görərik ki, Senatın hazırladığı layihə təktərəflidir.
Burada bir neçə yüz erməni qaçqınına və Azərbaycan ordusunun guya Ermənistan abidələrini dağıtmasına dair məlumatlar yer alıb. Amma Ermənistanın 30 ildir, etdiyi vəhşilikdən, 1 milyondan çox qaçqının aqibətindən və Gəncə, Tərtər, Bərdə kimi şəhərlərdə raket zərbələri nəticəsində ölən mülki əhalidən heç bir məlumat yoxdur. Yəni təktərəfli şəkildə Ermənistanın maraqları müdafiə olunur. İşin ən qəribəsi isə Azərbaycanın Ermənistana “təcavüz” etdiyi iddia olunan və sülhə çağıran bu qətnamədə Ermənistanı silahlandırmaq və onların ordusuna təlim keçmək nəzərdə tutulur. Bu isə bölgədəki sülhə mane olacaq”.
Layihəyə qarşı isə Azərbaycan xalqı tərəfindən petisiya başladılddığını deyən ekspert əlavə edib ki, artıq petisiyaya 120 milyondan çox imza toplanılıb və Fransanın nümayəndələr palatasına göndərilib:
“Buna qədər isə Moskvada, Bişkekdə və Bakıdakı Fransa səfirliyinin qarşısında aksiyalar keçirilib. İndi isə Fransada baş tutan mitinqdə açıq şəkildə rəsmi Parisin təktərəfli mövqeyi ortaya qoyulacaq və Senata çadıralacaq ki, onların etdikləri bölgədəki sülhə xidmət etmir. Fransa yenidən əvvəlki mövqeyinə qayıdaraq Aİ-nin başlatdığı Brüssel sülh görüşlərinə dəstək verməlidir. Əks halda bu qərəzli mövqe həm Azərbaycan-Ermənistan, həm də Fransa-Azərbaycan münasibətlərini gərginləşdirməyə davam edəcək”.