“Xocalı, Xankəndi, Əsgəran separatçılardan təmizlənəcək”
“Volkovun danışacağı yalana artıq heç kəs inanmayacaq”
"Baş verənlər əslində aksiya deyil, müharibənin yeni dalğasıdır".
Bunu "Sherg.az"a açıqlamasında Ulduz Jurnalının baş redaktoru Qulu Ağsəs Şuşadak sivil aksiyadan danışarkən deyib.
O vurğulayıb:
“Mən etirazçıların Volkovu gətirmələrini yox, onu Qarabağdan yola salmalarını arzu edirəm. Biz iki il öncə torpaqlarımızın azadlığı uğrunda ordumuzla vahid komandanlıq altında vuruşurduq. Bu gün də yenidən bir komanda şəkilində eyni savaş gedir. Amma bu dəfə silahsız vuruşuruq. Azərbaycan xalqı isə bütün cəbhələrdə qələbə qazanmağı bacarır. Bizim 2025-ci ilə qədər gözləməyə səbrimiz yoxdur. Çünki nə Rusiya, nə də Ermənistan tərəfinin 2 il qabaq üzərlərinə götürükləri öhdəlikləri yerinə yetirmək fikirləri var. Deməli, bu işi yenə də biz görməliyik və etirazçılar haqlıdır".
Onun sözlərinə görə bu gün Xankəndində yığışan ermənilərin paylaşılan fotolarında çox az sayda adam toplaşdığı görünür:
“Bu da ötən aylarda Ermənistan tərəfindən təşkil olunan " möhtəşəm mitinqin" əslində pulla gətirilimiş adamlar tərəfindən həyata keçirildiyini sübut edir. Bu gün yol kəsildiyi üçün isə insan toplaya bilməyiblər. Deməli, Xankəndində çox sayda erməni yaşamır. Digər tərəfdən Xankəndində yaşayan ermənilər böyük hissəsi belə mitinqə qatılmağa cəsarət etməyib. Çünki Azərbaycanlıların ayaq səsləri onların qulağında cingildəyir. Ümumiyyətlə, bizim qanunlarımıza tabe olaraq yaşamaq istəyən ermənilərə qarşı heç bir zorakılıq tətbiq olunmayacaq, Çünki Azərbaycan bizimlə yaşamaq istəyənlərin hər birinə qanad açmağa hazırdır. Düzdür, onlar bizlə dost, qardaş ola bilməzlər. Amma ən azından vətəndaşlarımız kimi qəbul oluna bilərlər. Yox əgər ağalıq etmək fikrindədirlərsə, yol açıqdır, çıxıb getməkdə azaddırlar. Azərbaycan xalqı bir addım belə geriyə durmayacaq. Ona görə ki, xalqımızın yenidən 30 il gözləməyə hövsələsi yoxdur".
Baş redaktor bildirib ki, dünən rusiya rəhbərinin ölkəmizin başçısına zəng vurması, bizim vətəndaşların aksiyasının Kremlin canına üşütmə saldığını göstərir:
"Çünki onlar artıq başa düşürlər ki, "Xına, köhnə xına deyil". Yəni Volkovun danışacağı yalana artıq heç kəs inanmayacaq. Ümumiyyətlə, rus generalı və erməni qulduru əl-ələ verib Qarabağın təbbi sərvətlərini mənimsəyirlər. Bununla da onlar yaşadıqları yerləri bizə dağıdılmış və talanmış şəkildə geri qaytarmağı planlaşdırır. Çünki onlar anlayırlar ki, Azərbaycan yaxın zamanda Ağdərə, Xocalı, Xankəndi, Əsgəran kimi yerləri də yaxın zamanda separatçılardan təmizləyəcək. Dünəndə bəri gecəni soyuqda keçirdən aksiya iştirakçılarına isə təşəkkür edirəm və onlar səbr arzu edirəm".