Azərbaycanın müdafiə nazirinə yeni müavinin təyinatı baş tutub. Bu barədə " Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a söyləyib ki, bu təyinatı MN-nin daxilindəki islahatların başlanğıcı hesab etmək olar:
"B ir müddət əvvəl də söyləmişdim ki, MN-nin aparatında bir sıra ciddi dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər əsasən təchizat və təminat məsələsi ilə bağlı olmalıdır. Düşünürəm ki, məhz bu təyinat da MN-nin daxilindəki islahatların ilkin mərhələsidir. Gözlənilən isə proseslərin MN daxilində mülki şəxslərin sayının artacağıdır. Təbii həmin şəxs taktiki və texnika sahəsinə rəhbərlik edə bilməz. Çünki onun hərbi biliyi yoxdur. Amma digər məsələlərə, xüsusən də maliyyə məsələləri ilə bağlı fəalliyəti olacağı gözləniləndir".