Polşanın ədliyyə naziri Zbiqnev Ziobro Roqovitsdəki Belçatov mədənində baş vermiş qəzada həyatını itirənlər üçün təşkil edilən mərasimdə iştirak edib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Ziobro ölənlərin xatirəsinə ucaldılmış abidəyə əklil qoyarkən pencəyini külək qaldırıb və onun belində silah olduğu görülüb.
Sosial mediada yayılan görüntülərdən sonra açıqlama verən nazir Ziobro, "Bir neçə ildir ki, idman və əyləncə məqsədi ilə atış poliqonunda çəkilişlər edirəm. Buna görə də həftəsonundan sonra Varşavaya dönərkən silah yanımda idi. Əsasnaməyə görə, mən silahı maşında qoya bilməzdim” deyib.
Mənbə: Hürriyət qazeti